“Hatayspor” almaniyalı futbolçu ilə gücləndi

Türkiyə Super Liqasında mübarizə aparan “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, elita təmsilçisi Almaniyanın “Qroyter” klubunun yarımmüdafəçisi Jeremi Dudzyakı transfer edib.

Bu barədə “Hatayspor” klubunun rəsmi saytı məlumat yayıb. Almaniyada dünyaya göz açmış Tunis əsilli futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Türkiyə klubu bunun üçün “Qroyter”ə 1 milyon avro ödəməlidir.

Jeremi Dudzyak Almaniyanın “Borussiya” (Dortmund) klubunun yetirməsidir. O, bu komanda ilə yanaşı, “Sankt Pauli” və “Hamburq”da da oynayıb. Yarımmüdafiəçi “Qroyter”ə 2021-ci ilin avqust ayında 750 min avroya transfer olunub. 27 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 33 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Dudzyak Almaniyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında oynamasına baxmayaraq, əsas millidə debüt etməyib. Bu üzdən də o, Tunis yığmasını seçib. Lakin yarımmüdafiəçi üçün 2019-cu ilin sentyabrında baş tutan millidəki debüt matçı həm də sonuncu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: