“Hatayspor” “Çelsi”nin sabiq oyunçusu ilə gücləndi

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Qana yığmasının yarımmüdafiəçisi Kristian Atsunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı vingerlə 1+1 illik müqavilə imzalanıb.

Atsu son olaraq Səudiyyə Ərəbistanının “Əl-Raed” klubunun uğurları üçün çalışıb. O, 2021-ci ilin yayından formasını geyindiyi bu komandanı azad agent kimi tərk etdiyi üçün, “Hatayspor” əlavə xərcə düşməyib.

Kristian Atsu peşəkar karyerasına Portuqaliyanın “Portu” klubunda başlayıb. O, 2013-cü ildə məhz bu klubdan 3 milyon avro qarşılığında “Çelsi”yə transfer olunsa da, London təmsilçisində forma şansı qazanmayıb. Bu üzdən də o, 2017-ci ilə qədər müxtəlif klublarda icarədə oynayıb. Yarımmüdafiəçi “Rio Ave”, “Vitess”, “Everton”, “Malaqa” və “Nyukasl”da icarədə olub. 2017-ci ildə isə “Nyukasl” 7.5 milyon avro ödəməklə onu “Çelsi”dən birdəfəlik transfer edib. Atsu Qana yığmasında 65 oyuna çıxıb, 9 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: