Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Dijon” klubundan Yassin Benzyanı icarəyə götürüb.
Bu barədə “Hatayspor”un mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Hatay təmsilçisində çıxış edəcək.
Yassin Benzya 2020-ci ildən “Dijon”da çıxış edir. Əlcəzir yığmasında da oynamış futbolçu, daha əvvəl Türkiyədə “Fənərbaxça”nın da formasını geyinib. Həmin vaxt o, Fransanın “Lill” klubundan bir mövsümlük (2018/19) icarəyə götürülmüşdü. Yarımmüdafiəçi “Olimpik” (Lion) və “Olimpaikos” (Yunanıstan) klublarının da uğurları üçün çalışıb.


