Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
“Ağdaş” – “Füzuli” matçında qapılara qol vurulmayıb. Altı qolun qeydə alındığı “Qusar” – “Cəbrayıl” matçında meydan sahibləri qalib gəliblər.
“Dinamo” isə “Kürmük Qax”la ev oyununda darmadağına sevinib.
Tura sabah keçiriləcək “Şəfa” – “Göygöl” oyunu ilə yekun vurulacaq.
İkinci Liqa
6-cı tur
9 oktyabr
“Baku Sportinq” – “Şəmkir” 7:0
Qollar: Comərd Baxşəliyev, 5. Röyal Nəcəfov, 19. Ülvi Quliyev, 25; 54; 63; 67. Aqşin Paşayev, 74.
Hakimlər: Kamil Aydınov, Zakir Şükürzadə, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 14:30.
“Şahdağ Qusar” – “Kür-Araz” 0:1
Qol: Museyib Vəlizadə, 20.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı OİK stadionu, 15:00.
“Şəki Siti” – “Lerik” 1:0
Qol: Ravil Yusifli, 12.
Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Ağadur Məmmədov, Vüqar Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şəki şəhər stadionu, 16:00.
10 oktyabr
“Qusar” – “Cəbrayıl” 4:2
Qollar: Firudin Ağalarov, 45+2. Orxan Qurbanlı, 49. Vüsal Hüseynov, 68. Kazbək Qafarov, 75 – Nurlan Quliyev, 69. Mehman Süleymanlı, 83.
Hakimlər: Rövşən Rəcəbov, Sənan Atayev, Aydın Baxşıyev, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.
“Dinamo” – “Kürmük Qax” 3:0
Qollar: Valeh Seyidov, 17. Elmin Əskərli, 49. Şahin Əliyev, 56.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rəhman Aslanov, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 15:00.
“Ağdaş” – “Füzuli” 0:0
Hakimlər: Əkbər Əhmədov, Samir Qaracayev, Oruc Həsənov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Ağdaş şəhər stadionu, 15:00.
11 oktyabr
“Şəfa” – “Göygöl”
Hakimlər: Fərid Hacıyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 14:30.


