İkinci Liqa: “Zəngəzur” və “Hypers” 3 xalı 5 qolla qazandılar

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 5-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Zəngəzur” “Kür-Araz”la ev oyununda darmadağına imza atıbsa, “Şəki” “Hypers”ə 5 cavabsız qolla uduzub. “Şəmkir” “Şirvan”a məğlub olub. “Ağstafa Gəncləri” isə “Ağdaş”ı məğlub yola salıb.

5-ci turun qalan görüşləri sentyabrın 29-da keçiriləcək.

İkinci Liqa
5-ci tur

28 sentyabr

“Zəngəzur” – “Kür-Araz” 5:1
Qollar: Ruslan Voronsov, 46. Firuz Əhmədov, 54. Ruslan Ağalarov, 55. Nurlan Novruzov, 75. Tural Qurbatov, 84 – Ülvi Cəlilov, 28.
Hakimlər: Vaqif Vəliyev, Əkbər Əliyev, Tural Bayramov, Nahid Xasıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 15:00.

“Şəki” – “Hypers” 0:5
Qollar: Samir Ağayev, 11. Asim Babazadə, 45-pen; 49. Taleh Hüseynzadə, 62. Vüqar Əşrəfli, 68-pen.
Hakimlər: Nəriman Ağayev, Ruslan Məmmədov, Samir Cabbarov, Rauf Salamov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Şəmkir” – “Şirvan” 2:3
Qollar: Elşən Abdullayev, 3. Haqverdi Həsənov, 40 – Aqşin Paşayev, 32; 81. Elgün Xəlilov, 83.
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Təhmin Cəlilbəyli, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30

“Ağstafa Gəncləri” – “Ağdaş” 4:2
Qollar: Elçin Qasımov, 37; 61-pen; 71. Elgün Namazov, 44 – Araz Kərimxanov, 48. Səbuhi Ağayev, 85.
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Mehdi Yusifov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağstafa şəhər stadionu, 15:30.

29 sentyabr

“Dinamo” – “Marafon”
Hakimlər: Sənan Bayramzadə, Sevda Nuriyeva, Sadiq Əliyev, Ləman Əmirli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 15:00.

“Difai” – “Qaradağ Lökbatan”
Hakimlər: Hacıağa Həsənov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Neftçi Arena” (4-cü meydança), 15:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: