Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turunun bu gün keçirilmiş “İmişli” – “Zirə” matçı bərabərliklə (1:1) başa çatdı.
Arena.az Qubada baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
6-cı tur
26 sentyabr
“İmişli” – “Zirə” 1:1
Qollar: Dioqo Rollo, 24 – Davit Volkov, 80.
Sarı vərəqələr: Ezekiel Morqan, 55 (qeyri-idman hərəkəti). Ronaldo de Souza, 74 (oyunun bərpasının ləngidilməsi) – Qismət Alıyev, 17 (qeyri-idman hərəkəti). Ange Mutsinzi, 23 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 3 dəqiqə.
Saat 15:30. Quba Olimpiya İdman Kompleksinin stadionu, 200 tamaşaçı.
Baş hakim: Əli Əliyev.
Baş hakimin köməkçiləri: Teymur Teymurov, Cəmil Quliyev.
Dördüncü hakim: Tural Qurbanov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 44. Həzrət İsayev, 10. Nikola Karaklaiç (11. Vüsal Qənbərov, 69), 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda (97. Xəzər Mahmudov, 87), 23. Dioqo Rollo, 17. Ezekiel Morqan (5. İdris İnqilablı, 75), 7. Luis Silvestr (22. İbrahim Əliyev, 87).
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli.
Baş məşqçi: Xorxe Kaskilya.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli (77. Yeqor Boqomolski, 70), 4. Ruan Renato, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla (25. Enrike Kustodio, 70), 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins (70. Namiq Ələsgərov, 46), 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 30. Rikardo Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.


