İngiltərə futbolunun tarixinə düşən Hanna Dinqli vəzifəsindən ayrılır

Müvəqqəti olaraq “Forsest Qrin”in baş məşqçisi vəzifəsini icra edən xanım Hanna Dinqli təyinatından bir ay sonra vəzifəsini tərk edəcək.

Arena.az bu barədə “Sky Sports”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, xanım Dinqlinin yerinə “Sauthempton”un “B” komandasının indiki çalışdırıcısı Devid Horsman gətiriləcək. “Forest Qrin” rəhbərliyi David Horsmanla tamhüququlu müqavilə bağlayacağı barədə artıq razılığa gəlib.

Xanım Dinqli İngiltərə kişi futbol komandasına rəhbərlik edən ilk qadın məşqçi kimi tarixə düşüb. Qadın mütəxəssisin “Forest Qrin”in “Koventri” və “Everton”un gənclərdən ibarət komandası ilə növbəti iki yoldaşlıq görüşünə cəlb ediləcəyi, daha sonra isə Horsmana yol verəcəyi vurğulanır.

Xanım Dinqlinin rəhbərliyi altında “Forest Qrin” yoldaşlıq oyunu keçirməyə macal tapıb və 1:1 hesablı heç-heçə oynayıb. Həmin görüş xanım Dinqlinin təyinatından cəmi bir gün sonra baş tutub.

Hanna Dinqli, vəzifəsinə iyun ayının əvvəlində təyinat alıb.

Xatırladaq ki, “Forest Qrin” tarixdə ilk veqan klubdur. “Yaşıl ordu” 2015-ci ildən bu statusu daşıyır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: