Ötən gecə futbol üzrə İngiltərə Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mərhələnin açılış matçı “Bornmut”la “Suonsi Siti” arasında baş tutub. Rəqibini 5 cavabsız qolla məğlub edən Premyer Liqa təmsilçisi 1/8 finala yüksəlib.
İngiltərə Kubokunda 1/16 final mərhələsinə yanvarın 29-da yekun vurulacaq.
İngiltərə Kuboku
1/16 final
25 yanvar
Bornmut – Suonsi Siti 5:0
26 yanvar
23:45. Bristol Siti – Nottingem Forest
23:45. Çelsi – Aston Villa
23:45. Şeffild Uensdey – Koventri Siti
00:00. Tottenhem – Mançester Siti
27 yanvar
16:30. İpsviç Taun – Meydston Yunayted
19:00. Everton – Luton Taun
19:00. Lids – Plimut
19:00. Lester Siti – Birmingem Siti
19:00. Şeffild Yunayted – Brayton
23:00. Fulhem – Nyukasl
28 yanvar
15:45. Vest Bromviç – Vulverhempton
18:00. Uotford – Sauthempton
18:30. Liverpul – Norviç Siti
20:30. Nyuport – Mançester Yunayted
29 yanvar
23:30. Bləkbörn – Reksem


