Bu gün futbol üzrə İngiltərə Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə “Fulhem”lə qarşılaşan “Kristal Pelas” rəqibini 3 cavabsız qolla məğlub edərək ilk yarımfinalçı olub.
“Brayton” – “Nottingem Forest” matçında isə qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Nottingem Forest” yarımfianala yüksəlib.
İngiltərə Kubokunda digər finalçıların adına martın 30-da keçiriləcək oyunlarda aydınlıq gələcək.
İngiltərə Kuboku
1/4 final
29 mart
Fulhem – Kristal Pelas 0:3
Qollar: Eze, 34. Sarr, 38. Nketia, 75.
Brayton – Nottingem Forest 0:0 (penaltilər 3:4)
30 mart
16:30. Preston – Aston Villa
19:30. Bornmut – Mançester Siti


