İngiltərə Kubokunda yarımfinal oyunlarının vaxtı bilindi

Futbol üzrə İngiltərə Kubokunda 2024/2025 mövsümünün yarımfinal mərhələsi çərçivəsində keçiriləcək oyunların tarixləri açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, finala vəsiqə uğrunda “Kristal Pelas” “Aston Villa” ilə, “Nottingem Forest” isə “Mançester Siti” ilə mübarizə aparacaq.

“Kristal Pelas” və “Aston Villa” kollektivləri arasında baş tutacaq matç aprelin 26-da keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 20:15-də start veriləcək.

“Nottingem Forest” və “Mançester Siti” arasındakı görüş isə bir gün sonra saat 19:30-da start götürəcək.

Xatırladaq ki, İngiltərə Kubokunda ötən mövsümün qalibi finalda “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub etmiş “Mançester Yunayted” olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: