İngiltərə millisi AÇ-2024-ün finalında İspaniya millisi məğlub olmaqla (1:2) Avropa çempionatlarının antirekordunu müəyyənləşdirib.
Arena.az məlumat verir ki, İngiltərə yığması Avropa çempionatları tarixində ardıcıl ikinci finalında məğlub olub çempionluğu əldən vermiş ilk komanda olaraq antirekora imza atıb.
2021-ci ildə İngiltərədə keçirilmiş AÇ-2020-nin finalında İngiltərə millisi İtaliya yığmasına məğlub olmuşdu (əsas və əlavə vaxt 1:1, penaltilərlə 2:3). Bu dəfə isə “üç şir” “qırmızı qəzəb”ə tuş gələrək, gümüş medallarla təsəlli tapıb.


