“İnter” ÇL-in 1/4 finalının ən qaçağan komandasıdır

“İnter” UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin iştirakçıları arasında ən qaçağan komandadır.

Arena.az “TNT Sports” dərgisinə istinadən məlumat verir “neradzurri”nin futbolçuları müvafiq mərhələnin “Bayern”lə Münhendə keçirilmiş ilk oyununda (2:1) ümumilikdə 125,6 km məsafə qət ediblər.

Müvafiq mərhələdə bu göstəricidə ilk üçlüyə: “Bayern” (123 km) və “Barselona” (115,7 km) daxildirlər.

Maraqlıdır ki, səfərdə “Arsenal”a gözlənilmədən 0:3 hesabı ilə məğlub olmuş “Real” isə çərək final mərhələsinin ən ölüvay komandasıdır. “Qaymaqlılar” 101,2 km məsafə qət etməklə, müvafiq siyahının sonuncu pilləsində yer alıblar.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsini cavab oyunlar aprelin 15-i və 16-da keçiriləcək.

Yarışın hazırkı çempionu adını “Real” daşıyır, “kral klubu” ötən mövsümün həlledici oyununda Dortmund “Borussiya”sı üzərində 2:0 hesablı qələbə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: