İsmayıl Zülfüqarlı 100-ə çatdı

“Turan Tovuz”un futbolçusu, sağ cinah müdafiəçisi olan İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 2024/25-ci illər mövsümünün 36-cı turunun “Kəpəz”lə matçına (4:0) təsadüf edib.

24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub. İsmayılın debütü 2019/2020-ci illər mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib.

Premyer Liqada iki klubda forma geyinmiş İsmayıl Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da 48 qarşılaşmaya çıxıb. O, hər üç qolunu Bakı klubunda vurub.

Qeyd edək ki, Zülfüqarlı müqavilə ilə “Neftçi”yə məxsusdur. O, Tovuz klubunda icarədə çıxış edir. 24 yaşlı futbolçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: