Joze Mourinyo “Real”ın ÇL-dəki qalibiyyətini şərh etdi

“Real”ın sabiq baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo Madrid klubunun Çempionlar Liqasının cari mövsümündəki zəfərini şərh edib.

Arena.az xatırladır ki, “Real” Londonun “Uembli” stadionunda keçirilmiş final oyununda Dortmund “Borussiya”sını 2:0 hesabı ilə məğlub edərək, tarixində 15-ci dəfə Avropanın ən mötəbər klub kubokunu başı üzərinə qaldırıb.

“Real”ın quruluşu çox sadədir. Florentino Peres, Xose Anxel Sançes, baş skaut və məşqçi. Hamısı budur. Bu, tamamilə doğrudur və buna görə də onlar qalib gəlirlər.

Ançelotti sosial şəbəkələr üzrə məşqçi deyil. O, əsl məşqçidir! Onun iş otağına gedin və medallarına baxın!”, – Joze Mourinyo oyundan sonra bildirib.

Həmçinin portuqal mütəxəssis “Real”ın kapitanı, Çempionlar Liqasını 6-cı dəfə başı üzərinə qaldırmış Naço Fernandes haqda danışıb:

“Naço ilə çox fəxr edirəm, çünki o, fantastik oyunçudur. Mən ona ilk dəfə “Real”da oynamaq imkanı verdim. Bu, mənim üçün heyrətamiz hissdir, amma o, artıq uşaq deyil. Məşqçi, harada ehtiyacı olsa, ona arxalana bilər”.

Vurğulayaq ki, Naço Fernandes “Real”ın kapitanı olaraq UEFA Çempionlar Liqasını ilk dəfə başı üzərinə qaldırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: