“Kəpəz” 250-ci məğlubiyyətinə üzüldü

2025/2026-cı illər mövsümünə uğursuz başlamış “Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 3-cü turuna təsadüf edib.

Gəncə klubu səfərdə “Zirə”yə 0:5 hesabı ilə uduzub. “Sarı-göylər” ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komandadır.

Qərb təmsilçisi 685-ci oyununda “250”-yə çatıb. “Kəpəz” evdə 88, səfərdə 157, neytral meydanda 5 dəfə xalsız qalıb.

Xatırladaq ki, Gəncə klubunun ilk məğlubiyyəti 1992-ci il iyunun 27-də keçirilmiş “Turan”la səfər matçına təsadüf edib – 0:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: