“Arsenal”ın italyan mərkəz müdafiəçisi Rikkardo Kalafyori meydandakı mövqeyini dəyişib yarımmüdafiəçi olmaq arzusundadır.
Arena.az “Evening Standart” dərgisinin “Rivista Undici” dərgisinə istinadı əsasında, italyan futbolçunun müvafiq fikrini təqdim edir:
“Bolonya”da Tyaqo Motta, ardınca isə İtaliya yığmasında Luçano Spalletti və həmçinin Mikel Arteta məni, oyunu görmək, gərəkli məkanı tutmaq nöqteyi-nəzərindən güclü surtədə dəyişiblər. Amma mən həmçinin düşünürəm ki, mənim keyfiyyətlərimdən də artığına malik çoxlu müdafiəçi var. Bax, elə buna görə də mən meydandan kənarda çoxlu işləyirəm.
Mənim, hələ edə bilmədiyim çox şey var. Bunların arasında – daha çox rol oynamaq istəyi var. Hazırkı məqamda mən iki mövqedə necə oynamağı hiss edirəm, bilirəm. Mən həmçinin üçüncüsünü – yarımmüdafiəçi mövqeyini də mənimsəmək istərdim, bu rol, məni həmişə valeh emiş bir roldur”, deyə müdafiəçi vurğulayıb.
Mərkəz müdafiəçisi olan Rikkardo Kalafyori futbola “Petriana” klubunda qədəm qoyub, buradan “Roma”ya yol taparaq, böyük futbolda “canavarlar”ın heyətində debüt edib. Kalafyori karyerası ərzində “Cenoa”, “Bazel” və “Bolonya”da da çıxış edib.
“Arsenal” italyan futbolçunu 2024-cü ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bolonya”dan “topçular”ın düşərgəsinə qatıb. Kalafyorinin “Arsenal”la müqaviəsinin müddəti 2029-cu iliin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kalafyori “Arsenal” üçün 26 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
Rikkardo Kalafyori 2024-cü ilin iyununda debüt etdiyi İtaliya yığmasının heyətində 9 oyuna 1 məhsudlar ötürmə ilə fərqlənib.
Rikkardo Kalafyorinin qənimətlər muzeyində “Roma” ilə qazandığı Avropa Konfrans Liqası (2021/2022) var.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz müdafiəçisinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


