Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Belçika yığması ilə oyunu (1:0) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Uşaqlar əllərindən gələni etdilər, belə bir rəqibi məğlub etmək üçün bütün səylərini göstərdilər. Futbolçulara demişdim ki, ən yaxşılarla bərabər oynaya biləcəyimizi düşünməliyik. Bu, vacib qələbədir, amma biz daha çox çalışmalıyıq. İrəliləmək, məqsədimizə çatmaq üçün qol vurmalı olduğumuz növbəti oyunları düşünürük”, deyə Kaltsona vurğulayıb.
1-ci turdan sonra Rumıniya və Slovakiya yığmaları “E” qrupunda hər biri 3 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. Belçika və Ukrayna yığmaları xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.


