“Karvan” Mikels və Tompsonla da vidalaşdı

2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Azərbaycan Premyer Liqasını tərk etmiş “Karvan” daha 2 legioneri ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, ruandalı hücumçu Coy Slayd Mikels və nigeriyalı yarımmüdafiəçi Qavi Tompsonla başa çatmış müqavilənin müddəti uzadılmayıb. Klub onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Yevlax təmsilçisi daha əvvəl Kayl Spens və Pedro Mateusla da vidalaşmışdı. Üstəlik, baş məşqçi Füzuli Məmmədov da əyalət klubundan ayrılıb.

“Karvan” 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparsa da, 15 xalla sonuncu olub. Yevlax təmsilçisi keçirdiyi 33 oyunda cəmi 3 qələbə qazanıb, 6 heç-heçə edib, 24 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: