Bu gün futbol üzrə Almaniya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin daha bir qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, ikinci oyun gününün yeganə görüşü “Herta” və “Kayzerslautern” komandaları arasında keçirilib.
2-ci Bundesliqada çıxış edən kollektivlərin görüşündə qapılara 4 qol vurulub. Səfərdə inamlı qələbəyə sevinən “Kayzerslautern” adını yarımfinala yazdırıb.
Xatırladaq ki, daha öncə Düsseldorf “Fortuna”sı da yarımfinala yüksəlmişdi.
Almaniya Kubokunda 1/4 final mərhələsinə fevralın 7-də yekun vurulacaq.
Almaniya Kuboku
1/4 final
30 yanvar
Sankt-Pauli – Fortuna (Düsseldorf) 2:2 (penaltilər 3:4)
Qollar: Hartel, 60-pen. Buxalfa, 120+1 – Vermey, 38-pen. Tanaka, 99.
31 yanvar
Herta – Kayzerslautern 1:3
Qollar: Rise, 90+1 – Elvedi, 5. Taçi, 38. Kaloç, 69.
6 fevral
23:45. Bayer – Ştutqart
7 fevral
23:45. Saarbrüken – Borussiya (Mönxenqladbax)


