Almaniyanın “Frayburq” klubunun hücumçusu Kevin Şade İngiltərə Premyer Liqasında mübarizə aparan “Brentford”a keçib. Arena.az xəbər verir ki, İngiltərə klubu Almaniyadan olan 21 yaşlı futbolçunu icarəyə götürüb.
Amma müqaviləyə satınalma şərti də var. Yayda “Brentford” Şadeni birdəfəlik transfer etməklə onunla 5 illik müqavilə bağlayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kevin Şade “Frayburq”un öz yetirməsidir. O, bu klubun əsas komandasında 36 oyuna 6 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Gənc forvard Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.


