AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən yeni təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Kifayət Mustafayeva UEFA Gənclər Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci turu çərçivəsində keçiriləcək “Lill” (Fransa) – “Betis” (İspaniya) oyununun UEFA nümayəndəsi olacaq.
Oyun bu gün – sentyabrın 8-də Fransanın Lill şəhərində yerləşən “Domen de Luşen Təlim Mərkəzi” stadionunda təşkil olunacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.


