“Bayern” və “Napoli”nin koreyalı müdafiəçisi Kim Min Jaenin şəxsi müqaviləsi ilə bağlı qarşılıqlı şifahi razılıq əldə etdiyi məlum olub.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Məlumatda transferi gerçəkləşdirmək üçün indi Münhen klubunun Kim Min Jaenin müqaviləsində göstərilmiş fidyə məbləğini ödəməsinin gərək olduğu bildirilir.
Kim Min Jaenin beş illik müqaviləyə razılaşdığı, beləliklə, müqavilənin 2028-ci ilin yayına qədər qüvvədə olacağı deyilir. Koreyalı müdafiəçinin müqaviləsindəki satınalma məbləği 50 milyon avro civarındadır. “Bayern” bu seçimi edib “Napoli”yə ödənişi həyata keçirən kimi, transfer başa çatmış hesab edilə bilər.
Kim Min Jae 2022/2023 mövsümündə A Seriyası qazanmış “Napoli”nin uğurunda əsas pay sahiblərindən biri hesab edilir. Ümumilikdə koreyalı müdafiəçi “Napoli”nin heyətində 45 oyuna çıxıb, 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Kim Min Jaeni 60 milyon avro məbləğində qiymətləndirir.


