Kompani “Auqsburq” üzərində qələbəni şərh etdi

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 28-ci turunda qarşılaşdıqları “Auqsburq”la səfər oyununu (3:1) şərh edib.

Arena.az belçikalı mütəxəssisin oyunsonrası mətbuat toplantısında səsləndirdiyi fikrini təqdim edir:

“Auqsburq”la oyuna səfər “Bayern” üçün həmişə çətin olub. Biz ağır oyun gözləyirdik. Buraxdığımız qoldan sonra biz sakitliyimizi qoruyub-saxladıq və öz futbolumuzu nümayiş etdirməyə davam etdik. Ümumilikdə, əgər siz bizim oyunumuza baxmısınızsa – bu, yaxşı bir səfər qələbəsi idi. Biz üç xal qazandıq”, deyə Kompani vurğulayıb.

28 oyundan sonra 68 xal toplamış “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Auqsburq” isə 39 xalla 8-ci pillədədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: