Kompani “Ayntraxt” üzərində qələbəni şərh etdi

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 23-cü turunda Frankfurt “Ayntraxt”ı ilə ev oyununu (4:0) şərh edib.

Arena.az Münhen klubunun rəsmi saytına istinadən, belçikalı mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Biz həmişə sakitliyimizi qoruyub-saxlamışıq və indi də sakit qalırıq. Bizə əlavə gün yardımçı oldu – iki əlavə məşq günü, istirahət – bu gün siz buna dərhal şahidlik etdiniz. Bizim, nəticələr əldə etməyimiz çox vacibdir. Bu oyunda da biz bunu məhz istədiyimiz kimi icra etdik. Biz bu matçda sadəcə çox yaxşı oynayırdıq, bizim öz fürsətlərimiz vardı. Səy, şövq – bunların hamısına malik idik. Məqsədimiz ondan ibarətdir ki, bunu meydanda ortaya qoyaq. İndi isə biz, yenə də qələbə qazanmaq istədiyimiz növbəti oyuna sakitcə keçirik”, deyə Kompani vurğulayıb.

“Bayern”in alman hücumçusu Tomas Müller də “Ayntraxt”la ev oyunundakı qələbəni şərh edib. Veteran futbolçunun bu barədə fikrini təqdim edirik:

“Biz bu qələbəyə layiq idik və yüksək tezliklə oynayırdıq”, deyə Müller vurğulayıb.

Xatırladaq ki, Müller bu oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Bayern”in ingilis hücumçusu Harri Keyn də “Ayntraxt” üzərindəki darmadağını şərh edib:

“Bu, əvvəldən axıra qədər fantastik bir oyun idi. Düşünürəm ki, bu oyunda biz formamızın zirvəsində idik. Əgər belə oynamağa davam etsək, heç də bütün komandalar bu təzyiqə tap gətirə bilməzlər”, deyə Keyn vurğulayıb.

Xatırladaq ki, Keyn bu oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

23 turdan sonra 58 xal toplamış “Bayern” Almaniya Bundesliqasının yarış cədəvlinə başçılıq edir. “Ayntraxt” isə 42 xalla 3-cü pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: