“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının “Sankt Pauli” ilə 27-ci tur ev oyununu (3:2) şərh edib.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Sankt Pauli” – çoxlu qol buraxmayan, yaxşı təşkilatlanmış komandadır. Ona görə də mən komandamı bütün oyun boyu oynamaq zərurəti üzrə hazırlamışdım. İkinci hissədə bizim yaxşı fürsətlərimiz vardı, amma deməliyəm ki, “Sankt Pauli” də fürsətlərə malik idi. Ümumilikdə, son beş dəqiqə və Hiroki İtonun (Hiroki İto – “Bayern”in 25 yaşlı yapon mərkəz müdafiəçisi – redaktorun qeydi) zədəsi istisna olmaqla, mən çox razıyam. Hirokinin zədələnməsi müvafiq duyğuya acı dad-tam qatır”, deyə Kompani vurğulayıb.
27 oyundan 65 xal toplamış “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Sankt Pauli” isə 25 xalla 15-ci pillədədir.


