Konfrans Liqasında əsas mərhələyə start verildi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün əsas mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, turnirin Liqa mərhələsinin ilk turunun bütün oyunları eyni günə təsadüf edib.

Türkiyə təmsilçisi “Samsunspor” Polşada “Legiya”nın qonağı olub. Qardaş ölkə təmsilçisi bu oyundan qələbə ilə ayrılıb.

Avropa Konfrans Liqasında növbəti turun oyunları oktyabrın 23-də keçiriləcək.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 1-ci tur
2 oktyabr

Dinamo (Kiyev, Ukrayna) – Kristal Pelas (İngiltərə) 0:2
Yagelloniya (Polşa) – Hamrun (Malta) 1:0
KuPS (Finlandiya) – Drita (Kosovo) 1:1
Lozanna (İsveçrə) – Breydablik (İslandiya) 3:0
Lex (Polşa) – Rapid (Avstriya) 4:1
Noa (Ermənistan) – Riyeka (Xorvatiya) 1:0
Omoniya (Kipr) – Maynts (Almaniya) 0:1
Rayo Valyekano (İspaniya) – Şkendiya (Şimali Makedoniya) 2:0
Zrinski (Bosniya və Herseqovina) – Linkoln (Cəbəllütariq) 5:0
Aberdin (Şotlandiya) – Şaxtyor (Ukrayna) 2:3
AEK (Larnaka, Kipr) – Alkmaar (Niderland) 4:0
Çelye (Sloveniya) – AEK (Yunanıstan) 3:1
Fiorentina (İtaliya) – Siqma (Çexiya) 2:0
Legiya (Polşa) – Samsunspor (Türkiyə) 0:1
Rakuv (Polşa) – Universitatya (Kluj, Rumıniya) 2:0
Şelburn (İrlandiya) – Hakken (İsveç) 0:0
Slovan (Bratislava, Slovakiya) – Strasburq (Fransa) 1:2
Sparta (Praqa, Çexiya) – Şemrok Rovers (İrlandiya) 4:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: