Kristiano Ronaldo Super Liqa ilə paylaşmanı bəyəndi

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldonun Super Liqanın yaradılması fikrinə qiyabi münasibəti məlum olub.

Arena.az məlumat verir ki, Ronaldo Super Liqanın yaradılmasına qarşı çıxan, Çernoqoriyanın üçüncü divizion klubu “Fans Yunayted”in sosial şəbəkələrdəki paylaşmasını bəyənib.

“Xahiş edirəm arzumuzu əlimizdən almayın. Super Liqanın peyda olmasına imkan verməyin. Bizə və bütün kiçik klublara xəyal qurmaq imkanı verin”, – “Fans Yunayted” sosial şəbəkədə bəyan edib.

“Fans Yunayted klubu Çernoqoriyanın paytaxtı Podqoritsada futbol azarkeşləri tərəfindən yaradılıb. Klubun mətbuat xidməti öz paylaşmasında izah edir ki, Super Liqa kiçik klubların böyük turnirlərdə iştirak etmək arzularını təhdid edir.

Xatırladaq ki, bundan əvvəl Avropa Məhkəməsi UEFA-nın ümumavropa Super Liqasının yaradılmasına qadağa qoymasını qeyri-qanuni elan edib. Bununla belə, artıq Avropanın 26 klubu yeni turnirin yaradılmasına qarşı çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: