Kukurelyanın “Atletiko”ya keçəcəyi barədə rəsmi açıqlama

“Çelsi”nin müdafiəçisi Mark Kukurelyanın 65 milyon avro qarşılığında Madrid “Atletiko”suna keçə biləcəyi haqda xəbərlər yayılıb.

Amma futbolçunun agenti Alvaro Dominges müştərisi ilə bağlı bu iddiaları təkzib edib.

Arena.az bu barədə Alvaro Domingesin özünə istinadən xəbər verir.

Dominges “Marca” tərəfindən Kukurelyanın “Atletiko”ya keçidi ilə bağlı xəbəri özünün “Twitter” hesabı üzərindən təkzib edərək qısaca münasibət bildirib: “Saxta xəbərlərdir”.

Mark Kukurelya ötən yay 65,3 milyon avro qarşılığında “Çelsi”yə keçib.

Kukurelyanın “zadəganlar”la müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir.

2022/2023 mövsümündə ispan müdafiəçi “zadəganlar”ın heyətində 33 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Mark Kukurelyanı 35 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Kukurelya “Barselona”nın yetirməsidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: