“Kür” Avropa Kuboku ilə erkən vidalaşdı

Azərbaycanın həndbol üzrə qadınlardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab matçında İtaliyanın “Jomi Salerno” klubu ilə üz-üzə gəlib.

Bu dəfə italyanlar nominal meydan sahibi olublar. “Kür” Olimpiya Tədris-İdman Mərkəzindəki qarşılaşma rəqibin qələbəsi ilə bitib – 36:19. “Kür” bir gün öncə eyni arenada gerçəkləşən ilk görüşdə də 19:29 hesabı ilə uduzmuşdu. Bu üzdən də Azərbaycan təmsilçisi mübarizəni startdaca dayandırmaq məcburiyyətində qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: