La Liqa: “Barselona” “Vilyarreal”ı 3 cavabsız qolla yendi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 10-cu tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 3 qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Almeriya” – “Jirona” matçında meydan sahibləri qələbə qazanıblar. “Osasuna” da “Espanyol”u minimal hesabla üstələyib. “Barselona” isə “Vilyarreal”la ev oyununda darmadağına sevinib.

Beləliklə, 10 turdan sonra “Real” 28 xalla vahid liderdir. “Barselona” 25 xalla ikinci, “Real Sosyedad” 22 xalla üçüncü pillədə qərarlaşıb. Madrid “Atletiko”su ilə “Betis”in isə 20 xalı var.

İspaniya La Liqası
10-cu tur
18 oktyabr

Sevilya – Valensiya 1:1
Qol: Lamela, 86 – Kavani, 6.

Xetafe – Atletik 2:2
Qol: Alena, 27. El Haddadi, 76 – İ.Uilyams, 2. R.Qarsiya, 62.

Atletiko – Rayo Valyekano 1:1
Qol: Morata, 20 – Falkao, 90+2.

19 oktyabr

Kadis – Betis 0:0

Valyadolid – Selta 4:1
Qol: Mesa, 32. J.Fernandes, 62. Leon, 74; 79 – O.Rodriqes, 43.

Real Sosyedad – Malyorka 1:0
Qol: Merino, 4.

Elçe – Real 0:3
Qol: F.Valverde, 11. Benzema, 75. Asensio, 89.

20 oktyabr

Almeriya – Jirona 3:2
Qol: Baptistao, 13. Ture, 17. Embarba, 38 – Rikelme, 47. Stuani, 83-pen.

Osasuna – Espanyol 1:0
Qol: Budimir, 55.

Barselona – Vilyarreal 3:0
Qol: Levandovski, 31; 35. Fati, 83.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: