“Lans” evdə, “Bordo” səfərdə sevindi

Futbol üzrə Fransa Liqa 1-də 6-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha iki görüş baş tutub.

Son çempion “Lill”in rəqibi “Lans” olub. Qonaqlar bu görüşdə minimal hesabla uduzublar. “Bordo” isə səfərdə “Sent-Etyen”dən üstün olub.

Fransa Liqa 1
6-cı tur
17 sentyabr

Strasburq – Mets 3:0
Qol: Ayorke, 6. H.Diallo, 26; 40.

18 sentyabr

Lans – Lill 1:0
Qol: Frankovski, 74.

Sent-Etyen – Bordo 1:2
Qol: Xazri, 73 – Huanq, 7; 80.

19 sentyabr

15:00. Nitsa – Monako
17:00. Anje – Nant
17:00. Klermon – Brest
17:00. Reyms – Loryan
17:00. Trua – Monpelye
19:00. Olimpik (Marsel) – Renn
22:45. PSJ – Olimpik (Lion)