Latviya – Azərbaycan matçı maltalı hakimə tapşırıldı

Futbol üzrə Azərbaycan milli komandasının Latviya yığması ilə keçirəcəyi yoxlama oyununun hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, görüşü Maltadan və Latviyadan olan hakimlər idarə edəcək. Maltalı baş hakim Trustin Farruciya Canna yan xətt hakimləri Luke Portelli və Roberto Vella yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə latviyalı Vitali Spasyonnikov yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyunun 7-də, paytaxt Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək. Oyuna saat 17:00-da start veriləcək.

Yoxlama oyunu
7 iyun

Latviya – Azərbaycan
Baş hakim: Trustin Farrugia Cann (Malta).
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta).
Dördüncü hakim: Vitali Spasyonnikov (Latviya).
Riqa. “Skonto” stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: