Levi Koluill uzun müddətə sıradan çıxdı

Futbol üzrə İngiltərə millisinin və “Çelsi” komandasının mərkəz müdafiəçisi Levi Koluill uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu məşq sırasında ön çarpaz bağlarından zədələdiyini üçün əməliyyat olunub. Onun dəqiq bərpa müddəti açıqlanmır. Amma futbolçunun yeni mövsümün əvvəlində “zadəganlar”a kömək edə bilməyəcəyi dəqiqdir.

Levi Koluill “Çelsi”nin öz yetirməsidir. O, vaxtilə “Haddersfild” və “Brayton”da icarədə də olub. Koluill London klubunun əsas komandasında 75 oyunda oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Koluill 2023-cü ildə əsas millidə debüt edib. O, yığmanın heyətində meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: