Futbol üzrə Almaniya kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Frayburq” doğma meydanda “Leypsiq”lə üz-üzə gəlib. Altı qolun qeydə alındığı oyunda qonaqlar darmadağına seviniblər. Nəticədə, “Leypsiq” ilk finalçı olub.
İkinci finalçının adına sabah keçiriləcək “Ştutqart” – “Ayntraxt” matçında aydınlıq gələcək.
Xatırladaq ki, Almaniya kubokunda 2022/2023 mövsümünün final qarşılaşması iyunun 3-də Berlindəki “Olimpiya” stadionunda keçiriləcək. “Leypsiq” həmin oyunda ev sahibi qismində çıxış edəcək.
Almaniya kuboku
Yarımfinal
2 may
Frayburq – Leypsiq 1:5
Qol: Qreqoriç, 75 – Olmo, 13. Henriks, 14. Soboslai, 37; 90+7. Nkunku, 45+1.
3 may
22:45. Ştutqart – Ayntraxt


