Lion “Olimpik”i xal itirdi, Marsel “Olimpik”inin oyunu yarıda qaldı

Futbol üzrə Fransa çempionatında 3-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

Lion “Olimpik”i evdə “Klermon”la məhsuldar heç-heçəyə razılaşıb. “Bordo” – “Anje”, “Mets” – “Reyms” və “Strasburq” – “Trua” matçlarında da qalib müəyyənləşməyib. “Monpelye” “Loryan”ı, “Renn” “Nant”ı məğlub yola salıb.

Turun son matçında “Nitsa” və “Olimpik” (Marsel) komandaları üz-üzə gəlib. Qarşılaşmanın sonlarında, hesab meydan sahiblərinin 1:0 xeyrinə olarkən azarkeşlər meydana axışıb. Bu üzdən də qarşılaşma 76-cı dəqiqədə məcburi dayandırılıb.

Fransa Liqa 1
3-cü tur
20 avqust

Brest – PSJ 2:4
Qol: Honorat, 42. Munye, 85 – A.Herrera, 23. Mbappe, 36. Qeye, 73. Di Mariya, 90+1.

21 avqust

Monako – Lans 0:2
Qol: Qanaqo, 51. Banza, 90+3.

Sent-Etyen – Lill 1:1
Qol: Sou, 85 – B.Yılmaz, 38.

22 avqust

Olimpik (Lion) – Klermon 3:3
Qol: Dembele, 5-pen; 21. Paketa, 45+1 – Diomande, 12-öz qapısına. Raşani, 80; 90+1.

Bordo – Anje 1:1
Qol: Mara, 10 – Tomas, 38.

Mets – Reyms 1:1
Qol: Mayqa, 14 – Munetsi, 7.

Monpelye – Loryan 3:1
Qol: Savanye, 50. Mavididi, 58. Delor, 83 – Berto, 21-öz qapısına.

Strasburq – Trua 1:1
Qol: Tomasson, 77 – Tuzqar, 19.

Renn – Nant 1:0
Qol: Terrye, 58.

Nitsa – Olimpik (Marsel) 1:0 (matç yarıda qalıb)
Qol: Dolberq, 49.

Xəbəri sosial şəbəkələrdə paylaş: