Lion “Olimpik”inə qələbə üçün bir qol bəs etdi

Futbol üzrə Fransa çempionatında 22-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında Lion “Olimpik”i autsayder “Sent-Etyen”lə qarşılaşıb. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıb.

Son çempion “Lill” bu turda səfərdə “Brest”in qonağı olacaq. “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi – Marsel “Olimpik”i “Lans”la üz-üzə gələcək.

Lider PSJ “Reyms”i qəbul edəcək, “Monako” isə çətin “Monpelye” səfərinə yollanacaq.

Fransa Liqa 1
22-ci tur
21 yanvar

Olimpik (Lion) – Sent-Etyen 1:0
Qol: Dembele, 15-pen.

22 yanvar

20:00. Brest – Lill
00:00. Lans – Olimpik (Marsel)

23 yanvar

16:00. Mets – Nitsa
18:00. Anje – Trua
18:00. Bordo – Strasburq
18:00. Klermon – Renn
18:00. Nant – Loryan
20:05. Monpelye – Monako
23:45. PSJ – Reyms

Xəbəri sosial şəbəkələrdə paylaş: