Lionel Messi Ekvador yığması üzərində qələbəni şərh etdi

Argentina millisinin ulduz hücumçusu və kapitanı Lionel Messi Amerika Kubokunun 1/4 finalında Ekvador yığması ilə oyunu şərh edib.

Arena.az xatırladır ki, dramatik məcrada keçmiş oyun 1:1 hesabı ilə başa çatıb.

Penaltilər silsiləsində isə “albiseleste” 4:2 hesablı qələbəyə sevinib.

Vurğulayaq ki, oyun nəfəskəsən məqamlarla diqqət çəkib. Ekvador yığması oyunda bir penaltini əldən verib, məğlubiyyətdən isə təzminat müddətində (90+2) vurduğu qolla qurtulub. Penaltilər silsiləsində isə Lionel Messi ilk zərbəni “panenkavarı” üslubda naşılıqla yerinə yetirərək, topu tirə çarpdırıb.

“Biz bilirdik ki, gərgin və başabaş oyun olacaq. Hər şey gözlədiyimiz kimi oldu. Onların çox yaxşı oyunçuları var. Buradakı meydanlar istədiyiniz qədər sürətli oynamağa imkan vermir. Bu, həmişə müdafiəçinin tapşırığını asanlaşdırır”, deyə Messi bildirib.

Ulduz hücumçu yerinə yetirə bilmədiyi oyunsonrası penalti haqda isə söhbət açmayıb. Vurğulayaq ki, “Leo” vacib oyunlarda penalti zərbələrinin ifasında dəfələrlə yanılması ilə əlamətdardır.

Yarımfinala vəsiqə qazanmış Argentina yığması bu mərhələdə rəqibinin intizarındadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: