Futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.
Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün 28-ci turu çərçivəsində “Kolumbus Kru” il’ qarşılaşıb.
“Vağlar” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətlə ayrılıblar – 1:2. Messi 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunu da argentinalı forvard vurub. O, 33-cü dəqiqədə hesabı 1:1 edib. Amma komandası 90+8-ci dəqiqədə buraxdığı qol nəticəsində xalsız qalıb.
“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 27 oyundan sonra 46 xalla 3-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 27 oyunda 12 qələbə qazanıb, 10 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 29 oyuna çıxıb, 25 qol vurub, 14 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 117 oyun, 102 qol və 58 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu Mayami təmsilçisi ilə Şimali Amerika Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib, həmçinin Çempionlar Kubokunu əldə edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 49-cu qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi artıq karyerasını bitirdiyi Argentina yığmasında 207 oyun keçirib, 125 qol vurub, 68 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.


