Yeni mövsümdə futbol üzrə Fransanın 1-ci Liqasında mübarizə aparacaq ilk klub bəlli olub.
Arena.az xəbər verir ki, “Trua” klubu Liqa 2-də mövsümün başa çatmasına bir tur qalmış həm liderliyi, həm də elitaya vəsiqəni təmin edib.
Sözügedən komanda 37 turdan sonra 77 xal toplayıb. Bununla da “Trua” əsas izləyicisi “Klermon”u 5 xal qabaqlayıb. İkinci vəsiqə də böyük ehtimalla məhz “Klermon”a qismət olacaq. Çünki bu komanda da üçüncü pillədəki “Tuluza”dan 4 xal öndədir. Sadəcə, tuluzalıların ehtiyatda bir oyunu da var.


