Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün sonuncu – 34-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, son turun bütün görüşləri eyni günə təsadüf edib.
Çempionluğu bir neçə tur öncə təmin etmiş PSJ doğma meydanda “Oser” üzərində inamlı qələbəyə sevinib.
Lion “Olimpik”i mövsümə “Anje” üzərində inamlı qələbə ilə yekun vurub. Marsel “Olimpik”i də “Renn”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
“Monako” son turda səfərdə “Lans”a böyük hesabla uduzubsa, “Nant” “Monpelye”ni, “Nitsa” “Brest”i darmadağınla yola salıb.
Üç qolun qeydə alındığı “Lill” – “Reyms” matçında meydan sahibləri qalib gəliblər. “Sent Etyen” isə evdə “Tuluza”ya məğlub olub.
Beləliklə, PSJ 84 xalla mövsümü zirvədə tamamlayıb. Marsel “Olimpik”i 65 xalla ikinci, “Monako” 61 xalla üçüncü yeri tutub. Bu iki komanda Paris təmsilçisi ilə birgə Fransanı UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsil edəcək. 60 xalla dördüncü olmuş “Nitsa” da ÇL-də oynamaq hüququ qazanıb. “Lill” də 60 xal toplamasına rəğmən, beşinci olub və Avropa Liqasına vəsiqə qazanıb. 57 xalla altıncı olmuş Lion “Olimpik”i isə Konfrans Liqasında çıxış edəcək.
“Strasburq” mövsümü 57, “Lans” 52, “Brest” 50, “Tuluza” və “Oser” 42, “Renn” 41, “Nant” və “Anje” 336, “Havr” 34 xalla başa vurub. 33 xalla 16-cı yeri tutmuş “Reyms”i Liqa 1-də qalmaq üçün pley-off mübarizəsi gözləyir. 30 xalla 17-ci olmuş “Sent Etyen” və 16 xalla sonuncu yeri tutmuş “Monpelye” isə Liqa 1-i tərk ediblər.
Fransa, Liqa 1
34-cü tur
17 may
Lans – Monako 4:0
Qollar: Əl-Aynaui, 21; 56. A.Tomasson, 73. Zaruri, 78.
Lill – Reyms 2:1
Qollar: Kabella, 37. Akpom, 86-pen – Akieme, 60.
Olimpik (Lion) – Anje 2:0
Qollar: Lyakazett, 55-pen. 72.
Olimpik (Marsel) – Renn 4:2
Qollar: Qrinvud, 21-pen; 45+1. Rabyo, 38; 90+2 – Kone, 14. K.Qomes, 77.
Nant – Monpelye 3:0
Qollar: Simon, 18-pen. Koklen, 31. Ablin, 79.
Nitsa – Brest 6:0
Qollar: Gessan, 16. Labord, 19; 75. Buanani, 28-pen. Moffi, 82. Abdi, 90+4.
Sent Etyen – Tuluza 2:3
Qollar: Tardieu, 38. Batubinsika, 63 – Kamanzi, 10. Kinq, 15. Qboho, 58.
PSJ – Oser 3:1
Qollar: Kvaratsxeliya, 59; 88. Markinyos, 67 – Sinayoko, 30.



