Liqa 1: “Lill” Lion “Olimpik”inə evdə uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Mets” – “Havr” və “Renn” – “Lans” matçlarında qapılara qol vurulmayıb. “Nitsa” – “Paris” görüşündə isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Anje” evdə “Brest”ə, “Lill” də Lion “Olimpik”inə məğlub olub.

Beləliklə, 6 turdan sonra PSJ və Lion “Olimpik”inin 15 xalı var. Marsel “Olimpik”i, “Monako” və “Strasburq” 12, “Lans”la “Lill” 10 xal toplayıblar.

Fransa, Liqa 1
5-ci tur

26 sentyabr

Strasburq – Olimpik (Marsel) 1:2
Qollar: Uattara, 49 – Obameyanq, 78. Murilyo, 90+1.

27 sentyabr

Loryan – Monako 3:1
Qollar: Bamba, 40. Pagis, 76; 82 – Fati, 90+7-pen.

Tuluza – Nant 2:2
Qollar: Qboho, 47. Donnum, 66-pen – Lahdo, 45+4. Leru, 61.

PSJ – Oser 2:0
Qollar: Zabarnı, 32. Beraldo, 54.

28 sentyabr

Nitsa – Paris 1:1
Qollar: Diop, 40 – Krasso, 88-pen.

Anje – Brest 0:2
Qollar: Laskari, 26. Del Kastilyo, 32-pen.

Lill – Olimpik (Lion) 0:1
Qol: Morton, 13.

Mets – Havr 0:0

Renn – Lans 0:0

Xəbəri sosial şəbəkələrdə paylaş: