Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 13-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Oser” – “Olimpik” (Lion) matçında qapılara qol vurulmayıb. “Nant” – “Loryan” görüşündə də qalib müəyyənləşməyib. “Brest” evdə “Mets”ə, “Lill” isə “Paris”ə qalib gəlib. “Tuluza” doğma meydanda “Anje”yə uduzub.
Beləliklə, geridə qalmış 13 turdan sonra 30 xalı olan PSJ vahid liderdir. Marsel “Olimpik”i və “Lans” 28, “Lill” 23, “Strasburq” 22 xalı toplayıb.
Fransa, Liqa 1
13-cü tur
21 noyabr
Nitsa – Olimpik (Marsel) 1:5
Qollar: Ço, 63 – Obameyanq, 11. Qrinvud, 33; 53. Vea, 58. Payşao, 74.
22 noyabr
Lans – Strasburq 1:0
Qol: Qaniu, 69.
Renn – Monako 4:1
Qollar: Ait Budlal, 20. Kamara, 48. Embolo, 73. Blas, 83-pen – Bieret, 90+5.
PSJ – Havr 3:0
Qol: Li Kan, 29. J.Neves, 65. Barkola, 87.
23 noyabr
Oser – Olimpik (Lion) 0:0
Brest – Mets 3:2
Qollar: Mboup, 2. Dumbiya, 48. Del Kastilyo, 90+10 – Çitaişvili, 6. Kulibali, 79-öz qapısına.
Nant – Loryan 1:1
Qollar: Avaziem, 90+1 – Avaziem, 45+1-öz qapısına.
Tuluza – Anje 0:1
Qol: Belkdim, 16.
Lill – Paris 4:2
Qollar: Jiru, 40; 77-pen. Mandi, 80. Broholm, 90+6-pen – Gebbels, 11. Duke, 84.


