Liqa 1: Marsel “Olimpik”indən “Mets”ə 3 cavabsız qol

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Brest” – “Nant” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Oser” – “Lans” görüşündə qonaqlar çətin qələbəyə seviniblər. Səfərdə “Mets”lə qarşılaşmış Marsel “Olimpik”i də darmadağınla qalib gəlib.

Qeyd edək ki, 7-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
7-ci tur

3 oktyabr

Paris – Loryan 2:0
Qollar: Kebbal, 25. Krasso, 30.

4 oktyabr

Mets – Olimpik (Marsel) 0:3
Qollar: Payşao, 51. Orayli, 69. Quiri, 76.

Brest – Nant 0:0

Oser – Lans 1:2
Qollar: Syerraita, 61 – Eduard, 14. Sima, 90+6.

5 oktyabr

17:00. Olimpik (Lion) – Tuluza
19:15. Havr – Renn
19:15. Monako – Nitsa
19:15. Strasburq – Anje
22:45. Lill – PSJ

Xəbəri sosial şəbəkələrdə paylaş: