Liqa 1: “Olimpik”lərdən ev oyununda darmadağın

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

7 qolun qeydə alındığı “Olimpik” (Marsel) – “Paris” matçında meydan sahibləri darmadağına seviniblər. Lion “Olimpik”i də evdə “Mets”ə 3 cavabsız qolla qalib gəlib. 4 qolluq “Nitsa” – “Oser” matçı da meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

2-ci turun qalan görüşləri avqustun 24-də keçiriləcək.

Fransa, Liqa 1
2-ci tur

22 avqust

PSJ – Anje 1:0
Qol: F.Ruis, 50.

23 avqust

Olimpik (Marsel) – Paris 5:2
Qollar: Qrinvud, 18-pen. Obameyanq, 24; 73. Höybyerq, 81. Vaz, 90+6 – Kebbal, 28. Simon, 58.

Nitsa – Oser 3:1
Qol: Boqa, 3. Akpa, 24-öz qapısına. Moffi, 76 – Sinayoko, 21.

Olimpik (Lion) – Mets 3:0
Qollar: Fofana, 25. Tolisso, 30. Karabeç, 83.

24 avqust

17:00. Loryan – Renn
19:15. Havr – Lans
19:15. Strasburq – Nant
19:15. Tuluza – Brest
22:45. Lill – Monako

Xəbəri sosial şəbəkələrdə paylaş: