Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Paris” doğma meydanda “Nant”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar çətin qələbəyə seviniblər.
9-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
9-cu tur
24 oktyabr
Paris – Nant 1:2
Qollar: Çerqi, 15 – Əl-Ərəbi, 2. Ablin, 39.
25 oktyabr
19:00. Brest – PSJ
21:00. Monako – Tuluza
23:05. Lans – Olimpik (Marsel)
26 oktyabr
18:00. Lill – Mets
20:15. Anje – Loryan
20:15. Oser – Havr
20:15. Renn – Nitsa
23:45. Olimpik (Lion) – Strasburq



