Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Paris” doğma meydanda “Loryan”la üz-üzə gəlib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
Qeyd edək ki, 7-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
7-ci tur
3 oktyabr
Paris – Loryan 2:0
Qollar: Kebbal, 25. Krasso, 30.
4 oktyabr
19:00. Mets – Olimpik (Marsel)
21:00. Brest – Nant
23:05. Oser – Lans
5 oktyabr
17:00. Olimpik (Lion) – Tuluza
19:15. Havr – Renn
19:15. Monako – Nitsa
19:15. Strasburq – Anje
22:45. Lill – PSJ


