Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Nant” – “Lans” matçında qonaqlar çətin qələbəyə seviniblər. “Tuluza” evdə “Strasburq”u tək qolla məğlub edibsə, son çempion PSJ “Renn”i 5 cavabsız qolla üstələyib.
Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
15-ci tur
5 dekabr
Brest – Monako 1:0
Qol: K.Dumbiya, 28.
Lill – Olimpik (Marsel) 1:0
Qol: E.Mbappe, 10.
6 dekabr
Nant – Lans 1:2
Qollar: El Arabi, 38 – Toven, 34. Said, 81.
Tuluza – Strasburq 1:0
Qol: Emersonn, 18.
PSJ – Renn 5:0
Qollar: Kvaratsxeliya, 28; 67. Mayulu, 39. Mbaye, 88. Q.Ramos, 90+1.
7 dekabr
18:00. Nitsa – Anje
20:15. Oser – Mets
20:15. Havr – Paris
23:45. Loryan – Olimpik (Lion)


