Liqa 1: PSJ “Brest”ə qalib gəldi, “Monako” “Lill”ə uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 8 qarşılaşma baş tutub.

“Anje” – “Strasburq” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Lider PSJ “Brest”i, “Oser” “Nitsa”nı, “Renn” “Paris”i, “Tuluza” isə Lion “Olimpik”ini xalsız yola salıb. “Havr” evdə Marsel “Olimpik”inə, “Mets” “Loryan”a, “Monako” isə “Lill”ə məğlub olub.

Beləliklə, geridə qalmış 32 turdan sonra 73 xala malik PSJ vahid liderdir. “Lans” 67 xalla ikinci, “Lill” 61 xalla üçüncü pillədə qərarlaşıb. Lİon “Olimpik”inin 60, “Renn”in 59, Marsel “Olimpik”inin 56, “Monako”nun 54 xalı var.

Fransa, Liqa 1
33-cü tur
8 may

Lans – Nant 1:0
Qol: M.Soares, 79.

10 may

Anje – Strasburq 1:1
Qollar: Koyalipu, 70 – Enkiso, 45+3-pen.

Oser – Nitsa 2:1
Qollar: Mara, 27. Sinayoko, 70 – Diop, 9.

Havr – Olimpik (Marsel) 0:1
Qol: Qrinvud, 55-pen.

Mets – Loryan 0:4
Qollar: Makenqo, 24. Dienq, 84. Avom, 90+7. Şadyu, 90+8.

Monako – Lill 0:1
Qol: Zakariya, 72-öz qapısına.

PSJ – Brest 1:0
Qol: Due, 82.

Renn – Paris 2:1
Qollar: Lepaul, 74. Embolo, 75 – Gebbels, 53.

Tuluza – Olimpik (Lion) 2:1
Qollar: Metalye, 10. Kamanzi, 78 – Tolisso, 71.

Xəbəri sosial şəbəkələrdə paylaş: