“Liverpul”la “Çelsi” də Federasiya Kubokunda 1/4 finala çıxdı

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Səfərdə aşağı liqa təmsilçisi “Luton”la qarşılaşan “Çelsi” çətin qələbə sayəsində mərhələ adlayıb. “Sauthempton” “Vest Hem”i inamlı qələbə ilə keçib. “Liverpul” isə “Norviç Siti”dən güclü olub və 1/4 finala yüksəlib.

İlk oyun günündə “Mançester Siti”, “Kristal Pelas” və “Midlsbro” da 1/4 finala vəsiqə qazanıb. Federasiya Kubokunda digər 1/4 finalçıların adına qarşıdakı günlərdə aydınlıq gələcək.

İngiltərə Federasiya Kuboku
1/8 final

1 mart

Peterboro – Mançester Siti 0:2
Qol: Mahrez, 60. Qriliş, 67.

Kristal Pelas – Stok Siti 2:1
Qol: Koyate, 53. Ridevald, 82 – Taymon, 58.

Midlsbro – Tottenhem 1:0
Qol: Kobern, 107.

2 mart

Luton – Çelsi 2:3
Qol: Burke, 2. Kornik, 40 – Niges, 27. Verner, 68. Lukaku, 78.

Sauthempton – Vest Hem 3:1
Qol: Perro, 31. Uord-Prouz, 69-pen. Broxa, 90+5 – M.Antonio, 60.

Liverpul – Norviç Siti 2:1
Qol: Minamino, 27; 39 – Rupp, 78.

3 mart

00:15. Everton – Borem Vud

7 mart

23:30. Nottingem – Haddersfild

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: