Futbol üzrə İspaniya yığma komandasının baş məşqçisi Luis de la Fuente “keçəl” adlandırılmasından xoşlanmayıb.
Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.
İspaniya yığması UEFA Millətlər Liqasının qalibi olduqdan sonra Luis de la Fuentenin nitq çıxışı zamanı azarkeşlər məşqçiyə “kalvo, kalvo” (ispanca: “keçəl, keçəl”) sədaları ünvanlayıblar. 61 yaşlı məşqçi əvvəlcə gülümləsyib, sonra ciddiləşib və çıxışına davam edib:
“Kobudluq və hörmətsizlik məni narahat edir. Diqqətimi yayındıran 20 gicbəsər vardı. Belə vəziyyətlərdə həmişə elə olur ki, kimsə dincliyi pozur, qalanları isə susur.
Ab-hava sehrli idi, lakin bu qışqırıqlar xoşagəlməzdir və qınaq doğurur. Bəs kimsə “qara, qara, qara” deyə qışqırsaydı, nə olardı?
Mən keçələm. Və mən xoşbəxtəm. İnsanlarda hörməti tərbiyə etmək lazımdır”, deyə Luis de la Fuente bildirib.


